İyulun 6-da Xəzər dənizinin Mərdəkan qəsəbəsi sahilindəki nəzarətsiz ərazisində batan 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları nəticəsiz qalır.
AzEdu.az xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.
Zeynəb Məmmədzadə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin 3-cü kurs tələbəsi idi.
Onun yaxınları FHN-nin, həmçinin Dövlət Sərhəd Xidmətinin əlaqadar rəsmilərinə müraciət ediblər. Müraciətdə Azərbaycanın, Rusiya Federasiyasının, İran İslam Respublikasının, Qazaxstanın, Türkmənistanın Xəzər dənizi ilə bağlı bütün struktur bölmələrinin rəsmilərinə Zeynəbin axtarılıb tapılmasına maksimum diqqət ayrımaları xahiş olunub.
Xatırladaq ki, düz 30 gün bundan əvvəl, iyulun 6-da Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 4 nəfər batmışdı. Məlumat daxil olan kimi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olununmuşdular. Operativ xilasetmə əməliyyatı nəticəsində 1975-ci il təvəllüdlü Rasim Qəhrəman oğlu Məmmədov və 2016-cı il təvəllüdlü Aylin Rasim qızı Məmmədzadə xilas edilmişdilər.
Axtarışlar zamanı dalğıclar 2005-ci il təvəllüdlü Raul Rasim oğlu Məmmədovun da meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil vermişdilər.