Azedu.az

“Horizon-2020” proqramı ilə bağlı növbəti seminar

Maraqlı

Elmi institut və təşkilatlar

29 Yanvar 2019, 11:49
“Horizon-2020” proqramı ilə bağlı növbəti seminar

Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Horizon-2020” proqramı üzrə növbəti seminar keçiriləcək.

AMEA-dan AzEdu.az bildirilib ki, seminarda “Hüquqi və maliyyə aspektləri”, “İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal”, “Ağıllı, yaşıl və inteqrasiya olunmuş nəqliyyat”, “Ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı, dəniz və dəniz tədqiqatları, bioekonomika və biotexnologiya” mövzularında, Avropa Tədqiqat Şurasının fəaliyyəti barədə müzakirələr, Mari Skladovskaya Küri təqaüd proqramı üzrə Milli Əlaqələndirici Şəxslərin (NCP) təqdimatı nəzərdə tutulur.

Tədbirdə Biologiya və Tibb, Yer elmləri bölmələrinə aid elmi müəssisələrin alim və mütəxəssisləri iştirak edəcəklər.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox