Azedu.az

Müəllimi yaralayan silahın sahibi barəsində QƏRAR 

Hadisə

28 İyul 2026, 14:27
Müəllimi yaralayan silahın sahibi barəsində QƏRAR 

"İdrak" liseyində müəllimin güllələnməsində ittiham olunaraq həbs edilən yeniyetmənin atası barədə qərar verilib.

AzEdu.az xəbər verir ki, bununla bağlı Binəqədi rayon Məhkəməsində qərar qəbul olunub.

Qərara əsasən, təqsirləndirilən Samir Şiriniov Cinayət Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilib.
(APA)

Ukrayna 390 dronla Moskvaya hücum etdi: Rusiyada PANİKA YAŞANIR
Son xəbərlərDaha çox