Azedu.az

“Nəsimi ili” ilə bağlı respublika səviyyəli elmi konfrans keçiriləcək  

Müəllimlər və elm adamları

Elmi institut və təşkilatlar

28 Yanvar 2019, 16:42
“Nəsimi ili” ilə bağlı respublika səviyyəli elmi konfrans keçiriləcək  

Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda illik plan işlərinin müzakirəsi ilə əlaqədar iclas keçirilib.

İnstitutdan AzEdu.az bildirilib ki, iclasda Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunmasını nəzərə alaraq Elm Tarixi İnstitutu tərəfindən respublika səviyyəli elmi konfransın keçirilməsi qərara alınıb.

İclas zamanı, həmçinin Elm Tarixi İnstitutunun əməkdaşları tərəfindən il ərzində yerinə yetiriləcək elmi-tədqiqat işləri müzakirə olunub, institutun profilinə uyğun olan mövzular müəyyənləşdirilib, il ərzində çap ediləcək elmi-məqalələrin, kitab və monoqrafiyaların həcmi dəqiqləşdirilib.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox