Azərbaycanın Şamaxı rayonu ərazisində - Pirqulu stansiyasından 15 km şimalda zəlzələ qeydə alınıb.
AzEdu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin maqnitudası 3,1 olub, ocağı isə 3 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.