Azedu.az

"İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin monitorinq nəticələri məlum olub

Məktəbəqədər təhsil

22 İyul 2026, 16:12
"İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin monitorinq nəticələri məlum olub

"İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində keyfiyyətə nəzarət sisteminin gücləndirilməsi məqsədilə 1 596 qrupdan 1374-də monitorinq keçirilib. 

AzEdu.az xəbər verir ki, bu, "İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin hesabatında öz əksini tapıb. Hesabatda qeyd olunub ki,monitorinq zamanı 20 606 uşaq üzrə qiymətləndirmə aparılıb. Ümumi keyfiyyət göstəricisi 89,3% (4,5 bal) olmaqla layihə ölkə üzrə "əla" nəticə əldə edib. 

Hesabatda həmçinin bildirilir  ki, layihə çərçivəsində təlim proqramı respublika üzrə 51 rayon və şəhəri əhatə edib. Bütün iştirakçılar üçün 6 mövzu üzrə hazırlanıb və ümumilikdə 12 akademik saat davam edən təlim proqramı tətbiq edilib. Təlim proqramında 1200 nəfərə yaxın tərbiyəçi – müəllim iştirak edib. Onlayn və əyani təlimlərdə iştirak göstəriciləri arasında ciddi fərq müşahidə olunmayıb və bu da hər iki format üzrə yüksək iştirak səviyyəsinin təmin edildiyini göstərir.

Lavrov DƏLİYƏ DÖNDÜ - ABŞ-yə görə Rusiya bombalanır!
Son xəbərlərDaha çox