İyunun 13-də ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək.
AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq maarifləndirici söhbətlər aparılıb.
Bütün tədbir iştirakçılarını müəyyən edilmiş qaydalara və təlimat tələblərinə əməl etməyə çağırırıq.
Təlimatla tanış olmaq üçün linkə keçid edə bilərsiniz: //edu.gov.az/.../Son%20z%C9%99ng-%20t%C9%99limat.pdf