Azərbaycanda məktəblərdə şagirdlərin internetdən istifadəsi filtrlənib.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, əksər tədqiqatlar göstərir ki, sosial şəbəkələr psixi nəticələrə gətirib çıxarır:
"Müxtəlif ölkələrdə müxtəlif yanaşmalar var. Alternativ yanaşmalar var. Yalnız qadağalarla deyil, təhlükəsiz sosial şəbəkələrə inestisiyalar yatırmaq üçün dünyada çağırışlar var".
Nazir müavini əlavə edib ki, mütəxəssislərin fikrincə, rəqəmsal savadlılıq daha yaxşı nəticə verə bilər:
"Hazırda Azərbaycanda məktəblərdə "TikTok"a çıxış bloklanıb. Şagirdlərin məktəblərdə internetdə istifadəsi filtrlənib".