Azedu.az

Sabirabadda baş verən qəzada azyaşlı HƏYATINI İTİRDİ

AzEdu Təhsil Platforması

3 İyun 2026, 22:16
Sabirabadda baş verən qəzada azyaşlı HƏYATINI İTİRDİ

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə bu gün saat 17:00-da rayonun Şıxsalahlı kəndi ərazisində qeydə alınıb.

Qeyd olunub ki, kənd sakini, 2000-ci il təvəllüdlü Nurlan Fəttahov idarə etdiyi VAZ-2107 markalı avtomobillə velosipedlə hərəkətdə olan azyaşlını vurub.

Ağır xəsarət alan azyaşlını xəstəxanaya çatdırmaq istəsələr də o, yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox