Azedu.az

18 yaşlı oğlanın meyiti tapılıb

AzEdu Təhsil Platforması

2 İyun 2026, 09:21
18 yaşlı oğlanın meyiti tapılıb

Samux rayonunda 18 yaşlı gəncin meyiti aşkarlanıb.

AzEdu.az xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti sözügedən ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, onun bir müddət əvvəl ürək əməliyyatı keçirib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı
Son xəbərlərDaha çox