Azedu.az

Qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır

AzEdu Təhsil Platforması

1 İyun 2026, 17:38
Qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır

Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər.


Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu [email protected] elektron poçtu vasitəsilə həyata keçirilir.


Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan və şərtlər toplusu vasitəsilə tanış ola bilərsiniz:

“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı


“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin şərtlər toplusu

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox