Azedu.az

İmtahanlar öncəsi rektorlardan tələbələrə MESAJ

Xəbərlər

1 İyun 2026, 15:09
İmtahanlar öncəsi rektorlardan tələbələrə MESAJ

Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə 2025/2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayır.

Bu münasibətlə rektorlar öz "feysbuk" hesablarında  tələbələrə uğurlar arzulayıblar.

AzEdu.az Təhsil Portalı rektorların paylaşımlarını təqdim edir. 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev:

184266

Qarabağ Universitetinin rektoru Şahin Bayramov:

"Əziz tələbələrimiz! Dəyərli əməkdaşlarımız!

Qarabağ Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına start veririk.

Yüksək ixtisaslı kadr hazırlığı missiyası, yeni məzmunlu tədris prosesi, bilik və bacarıqların qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən imtahanlarda hər birinizə uğurlar arzulayırıq. Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!".

184268

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov:

"Əziz tələbə və magistrantlar!

Sabahdan etibarən Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayır.

İmtahanlar bilik və bacarıqlarınızı nümayiş etdirmək, semestr ərzində göstərdiyiniz zəhmətin nəticələrini ortaya qoymaq üçün mühüm mərhələdir. İnanıram ki, hər biriniz məsuliyyət, əzmkarlıq və özünəinamla bu sınaqlardan uğurla keçəcəksiniz.

Sizə imtahan sessiyasında yüksək nəticələr, uğurlar və yeni nailiyyətlər arzulayıram. Əminəm ki, əldə edəcəyiniz uğurlar həm şəxsi inkişafınıza, həm də universitetimizin akademik nailiyyətlərinə töhfə verəcəkdir.

Hər birinizə uğurlar!".

184269

 

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov:

"Əziz UNEC tələbələri!

Sabah UNEC-də növbəti imtahan sessiyası başlayır. İmtahan sessiyası həm də zəhmətinizin və əzmkarlığınızın nəticələrinin ortaya qoyulduğu mühüm mərhələdir. İnanıram ki, semestr ərzində qazandığınız bilik və bacarıqlarınızı təsdiq edəcəksiniz. Hər birinizə uğurlar, müəllim və əməkdaşlarımıza isə məsuliyyətli fəaliyyətlərində müvəffəqiyyət arzulayıram.

İnanıram ki, bu sessiya da UNEC-in şəffaflıq, obyektivlik və ədalət prinsiplərinə sadiqliyinin növbəti nümunəsi olacaq.

Uğurlar!

Hər şey daha da yaxşı olacaq!"

184282

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev:

"Bakı Slavyan Universitetində yaz imtahan sessiyasına start verildi. Hər kəsə uğurlar arzu edirəm!"

184283

 

 

 

TƏCİLİ! İranda dəhşətli partlayışlar: ABŞ əməliyyata başladı
Son xəbərlərDaha çox