Azedu.az

Uşaqlar üçün sosial media qadağan edildi

Xəbərlər

1 İyun 2026, 12:15
Uşaqlar üçün sosial media qadağan edildi

Malayziyada 16 yaşdan aşağı şəxslərin sosial media hesabı açmasının qarşısını almağa yönəlmiş yeni tənzimləmə bu gündən qüvvəyə minib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, Facebook, Instagram, TikTok və YouTube daxil olmaqla sosial media platformaları istifadəçilərin yaşını təsdiqləyən sistemlər tətbiq etməlidirlər.

Hökumət bu addımla uşaqları və yeniyetmələri sosial mediadakı zərərli məzmunlardan qorumağı hədəfləyir. Tənzimləmənin ölkədə təxminən 8 milyon sosial media istifadəçisinə təsir edəcəyi bildirilir.

Qaydaların tələblərinə əməl etməyən sosial media şirkətləri 2,5 milyon ABŞ dollarınadək cərimələnə bilər.

Qeyd edək ki, Avstraliya 2025-ci ilin dekabrında 16 yaşdan aşağı şəxslərin sosial media platformalarından istifadəsini məhdudlaşdıran qanunu qüvvəyə mindirən ilk ölkə olub. İndoneziya isə bu ilin mart ayında oxşar qərar qəbul edərək Cənub-Şərqi Asiyada belə bir addım atan ilk ölkə kimi tarixə düşüb.

Bundan başqa, Polşa, Danimarka, Fransa, İspaniya, Yunanıstan və Böyük Britaniya da oxşar məhdudiyyətlərin tətbiqini nəzərdən keçirən ölkələr sırasındadır.

TƏCİLİ! İranda dəhşətli partlayışlar: ABŞ əməliyyata başladı
Son xəbərlərDaha çox