Azedu.az

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının finalı keçirilib

AzEdu Təhsil Platforması

1 İyun 2026, 11:27
Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının finalı keçirilib

Respublika Fənn Müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat - Məntiq Olimpiadasının final mərhələsi baş tutub

Bu barədə AzEdu.az-a ARTİ-dən məlumat verilib.

Mayın 31-də Respublika Fənn Müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının final mərhələsi keçirilib.

İmtahan ölkə üzrə Gəncə, Şəki, Şirvan, Sumqayıt, Bakı və Naxçıvan şəhərlərində təşkil edilib.

Qiymətləndirmə meyarlarına əsasən, suallar müxtəlif bal aralığında dəyərləndiriləcək. Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının nəticələrinin 8 iyun tarixində elan edilməsi nəzərdə tutulur. Respublika Fənn Müsabiqələrinin də yoxlanılma prosesi davam edir.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox