Azedu.az

Qəbul imtahanı ilə bağlı narazılıqlara deputatdan CAVAB

Xəbərlər

2 İyun 2026, 13:50
Qəbul imtahanı ilə bağlı narazılıqlara deputatdan CAVAB

Ötən həftələrdə II və III ixtisas qrupları üzrə qəbul imtahanının I cəhdi keçirildi.

İmtahandan dərhal sonra rus bölməsi üzrə imtahan verən şagirdlər etiraz edərək bildirdilər ki, Azərbaycan bölməsinə nisbətən daha çətin suallar var idi.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, imtahanlar nə həddindən artıq asan, nə də həddindən artıq çətin olmalıdır:

Ənənəvi tədrisin səmərəsi və effekti daha yüksəkdi-Ceyhun Məmmədov

“Ümumiyyətlə, bu məsələdə yalnız dövləti ittiham etmək düzgün deyil. Bu gün imtahan prosesi və qiymətləndirmə məsələləri cəmiyyətdə tez-tez müzakirə olunur. Bəzən belə bir fikir formalaşır ki, imtahanlar mütləq şəkildə çox asan olmalıdır. Mən hesab edirəm ki, bu yanaşma doğru deyil. İmtahanlar nə çox asan, nə də çox çətin olmalıdır.

Eyni zamanda abituriyentlər də imtahanlara ciddi şəkildə hazırlaşmalıdırlar. Düşünürəm ki, bu məsələ ilə bağlı ən dəqiq izahı Dövlət İmtahan Mərkəzi verə bilər. Təcrübəyə əsaslanaraq hesab etmirəm ki, Dövlət İmtahan Mərkəzinin hansısa qrup üçün imtahanı asan, digəri üçün isə çətin keçirməkdə marağı olsun”.

Məsələyə obyektiv yanaşmaq və problemin mənbəyini müəyyənləşdirmək vacibdir:

“Dövlət qurumu olaraq sualları Dövlət İmtahan Mərkəzi hazırlayır. Belə hallarda məsələ dərhal araşdırılmalıdır. Mən ilkin olaraq burada hər hansı ədalətsizliyin olduğuna inanmıram.

Bu məsələ daha çox gənclərin hazırlıq səviyyəsi və imtahana nə dərəcədə hazır olmaları ilə bağlı ola bilər. Bu baxımdan yalnız dövlət qurumlarının deyil, vətəndaşların da öz məsuliyyətlərini nəzərə almaları vacibdir.

Bununla belə, hesab edirəm ki, ciddi araşdırma aparılmalı və Dövlət İmtahan Mərkəzi məsələyə aydınlıq gətirməlidir. Müəyyən edilməlidir ki, problemin kökü abituriyentlərin hazırlıq səviyyəsindədir, yoxsa sualların həddindən artıq çətin olmasındadır. Çünki belə müzakirələr zaman-zaman yaranır və bu kimi hallarda məsələyə aydınlıq gətirilməsi vacibdir ki, cəmiyyətdə suallar və narazılıqlar formalaşmasın”.

Ukraynadan ŞOK HÜCUM - Rus ordusu mühasirəyə düşdü
Son xəbərlərDaha çox