Azedu.az

Xərçəng peyvəndi klinik sınaqlarda uğur qazanıb

Xəbərlər

31 May 2026, 17:17
Xərçəng peyvəndi klinik sınaqlarda uğur qazanıb

Britaniyalı alimlərin iştirak etdiyi beynəlxalq klinik sınaqlarda yeni nəsil xərçəng peyvəndinin bəzi xəstələrdə şişləri tamamilə yox etdiyi açıqlanıb.

AzEdu.az-ın xarici KİV-dən əldə etdiyi məlumata görə, “amivantamab” adlı preparat 11 ölkədə aparılan araşdırma çərçivəsində digər müalicə üsullarına cavab verməyən xəstələr üzərində sınaqdan keçirilib.

Tədqiqat zamanı baş və boyun xərçəngindən əziyyət çəkən 102 xəstəyə preparat tətbiq olunub. Nəticələrə əsasən, xəstələrin 43-də şişlər kiçilib və ya tamamilə yox olub. Onlardan 15 nəfərdə isə həkimlər şişlərin tam aradan qalxdığını müəyyən ediblər.

Alimlərin sözlərinə görə, preparat xərçənglə üç istiqamətdə mübarizə aparır: şişin böyüməsini təmin edən mexanizmləri bloklayır, xərçəng hüceyrələrinin müalicədən yayınmasına mane olur və immun sistemini aktivləşdirərək xəstəliyə qarşı mübarizəni gücləndirir.

Araşdırmaya rəhbərlik edən mütəxəssislər əldə olunan nəticələri “indiyədək görünməmiş dərəcədə güclü cavab” kimi qiymətləndiriblər. Bildirilib ki, müalicə xüsusilə kimyaterapiya və immunoterapiyaya davamlı xərçəng növlərində ümidverici təsir göstərib.

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox