Azedu.az

Şahdağda qar, Kəlbəcərdə dolu - FAKTİKİ HAVA

Xəbərlər

31 May 2026, 11:15
Şahdağda qar, Kəlbəcərdə dolu - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə qar yağıb.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mayın 31-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib.

Düşən yağıntının miqdarı Ordubad, İsmayıllıda 10, Sabirabadda 9, Daşkəsən, Astarada 8, Göygöl , Sarıbaşda (Qax) 7, Gədəbəy, Şahdağda 6, Xızıda 5, Culfa, Naftalan, Lənkəranda 4, Şahbuz, Qubada 3, Balakən, Zaqatala, Qəbələ,Tərtər, İmişlidə 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Şamaxı, Qobustan, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Goranboy, Cəlilabad, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Şəki, Ağdam, Laçın, Kəlbəcər, Qubadlıda 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Naftalanda 24, Mingəçevirdə 22, Şahdağda 20 m/s-dək güclənib.

Mayın 30-da saat 13:02-13:06 radələrində Kəlbəcər rayonunun Çəpli kəndinə dolu düşüb.

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox