Azedu.az

Türkiyədə sərnişin avtobusu yanıb, biri uşaq olmaqla 8 nəfər ölüb

Xəbərlər

31 May 2026, 09:51
Türkiyədə sərnişin avtobusu yanıb, biri uşaq olmaqla 8 nəfər ölüb

Türkiyənin Denizli vilayətində sərnişin avtobusunda yanğın baş verib.

AzEdu.az CNN Türk-ə istinadən xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla azı 8 nəfər ölüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məlumata əsasən, avtobusda başlayan yanğın qısa müddətdə genişlənərək nəqliyyat vasitəsini tamamilə alov bürüyüb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralanan şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Türkiyə rəsmiləri hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün istintaq başladıldığını açıqlayıb. Ölən və yaralananların şəxsiyyəti ilə bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunur

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox