Okeanın dərinliklərində alimlər son bir il ərzində elmə əvvəllər məlum olmayan mindən çox yeni dəniz canlısı növü aşkar ediblər.
AzEdu.az xəbər verir ki, araşdırmalar yeni dəniz faunası növlərinin öyrənilməsi və təsvirinə yönəlmiş beynəlxalq təşəbbüs çərçivəsində aparılır.
Alimlərin qiymətləndirməsinə görə, okeanlarda hələ aşkar edilməmiş iki milyona qədər növ mövcud ola bilər. Layihə Nippon və Nekton fondları tərəfindən dəstəklənir.
Ən maraqlı tapıntılardan biri “xəyal köpəkbalığı” adlandırılan, yarımşəffaf bədənə və parlayan gözlərə malik dərinlik yırtıcısı olub. Tədqiqatçılar həmçinin kiçik xərçəngkimiləri yapışqan qarmaqlar vasitəsilə ovlayan ət yeyən süngəri qeyri-rəsmi “ölüm kürəsi” adlandırıblar.