Azedu.az

Elm və təhsil jurnalistikasında ixtisaslaşmaq istəyən tələbələrin nəzərinə

Xəbərlər

28 May 2026, 16:16
Elm və təhsil jurnalistikasında ixtisaslaşmaq istəyən tələbələrin nəzərinə

“OpenScience Media Lab” və “Science and Education Media”nın birgə təşəbbüsü ilə həyata keçirilən peşəkar inkişaf proqramına qeydiyyat elan olunub.

AzEdu.az xəbər verir ki, proqram çərçivəsində iştirakçılar elm və təhsil mövzularının ictimaiyyətə effektiv şəkildə çatdırılması, keyfiyyətli jurnalist materiallarının hazırlanması və media sahəsində praktiki bacarıqların inkişafı istiqamətində müxtəlif təlimlərdə iştirak edəcəklər.

Bununla yanaşı, proqram iştirakçılarına mentor dəstəyi göstəriləcək. Onlar “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində real iş təcrübəsi qazanmaq imkanı əldə edəcəklər.

Layihənin əsas məqsədi elm və təhsil sahəsində gələcəyin peşəkar kommunikasiya mütəxəssislərinin hazırlanmasına töhfə verməkdir.

Qeyd edək ki, proqramda iştirak tam ödənişsizdir.

Proqrama müraciət üçün son tarix 31 maydır.

Qeydiyyat linki:
//forms.gle/YnZaUaR1LXh4md2o7

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox