Azedu.az

Keniyada məktəbdə yanğın olub, azı 15 şagird ölüb- YENİLƏNİB

Xəbərlər

28 May 2026, 14:09
Keniyada məktəbdə yanğın olub, azı 15 şagird ölüb- YENİLƏNİB

Keniyada məktəbdə baş verən yanğın nəticəsində azı 15 şagird ölüb.

AzEdu.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə gecə saatlarında Keniyanın Rift Valley bölgəsindəki qızlar məktəbinin yataqxanasında baş verib.

Yanğın zamanı azı 15 şagird həyatını itirib, bir neçə nəfər isə xəsarət alıb.

Hadisənin səbəbi hələlik məlum deyil.

“Kenyans.co.ke” portalı isə 16 şagirdin öldüyünü, 74 nəfərin yaralandığını bildirib. Məlumata görə, yanğın şagirdlər yatarkən başlayıb və qısa müddətdə binaya yayılıb.

11:03

Keniyanın mərkəzində qızlar məktəbində baş verən yanğın 16 şagirdin ölümünə səbəb olub.

AzEdu.az xəbər verir ki, bu barədə "BBC News Africa" məlumat yayıb.

Bildirilib ki, azı 74 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Keniya Qızıl Xaç bildirib ki, yanğın barədə məlumat yerli vaxtla mayın 28-də saat 3:30-da daxil olub. Yanğının səbəbləri hələlik müəyyən edilməyib.

"Associated Press"in məlumatına görə, Keniya internat məktəblərində yanğınlar mütəmadi olaraq baş verir. Onların bəziləri qəsdən yandırılır, digərləri isə elektrik naqillərinin nasazlığı ilə bağlıdır.

Keniyanın müasir tarixində ən ölümcül məktəb yanğını 2001-ci ildə baş verib, o zaman Maçakos bölgəsindəki yataqxanada baş vermiş yanğın nəticəsində 67 şagird ölüb.

2024-cü ildə Keniyanın mərkəzindəki məktəbdə baş vermiş yanğında 21 şagird həlak olub.

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox