Azedu.az

MediaTürk TV 5 yaşını qeyd edir

Xəbərlər

28 May 2026, 09:52
MediaTürk TV 5 yaşını qeyd edir

Bu gün MEDİATURK TV-nin 5 yaşı tamam olur.

Türk dünyasının mediakörpüsü olmağı qarşısına məqsəd qoyan MEDİATURK onlayn televiziyası 13 aprel 2021-ci ildən yayıma başlayıb. Türklərin yaşadığı geniş məkana xitab edən MEDIATURK TV müstəqil türk dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla yanaşı türk xalqlarının sıx məskunlaşdığı bütün coğrafiyada olmağı hədəfləyib.

İctimai-siyasi, sosial-iqtisadi, mədəni sferalarda verilişlər yayımlamaqla MEDİATURK TV türkdilli xalqların əlaqələrinin gücləndirilməsi üçün platforma rolunu oynayan MEDİATURK TV Türk dünyasının diasporu, parlamenti, siyasəti, mədəniyyəti, tarixi ilə bağlı xəbərlər verir. Gündəlik dünyada və Azərbaycanda baş verən bütün mühüm hadisələri xəbər və müzakirə formatında tamaşaçıların diqqətinə çatdırdır.

Qeyd edək ki, MEDİATÜRK TV 400 mindən çox abunəçi sayı ilə Azərbaycan yutub məkanında əsas yeri tutan internet kanalıdır.

Biz də AzEdu.az komandası adından MEDİATURK TV-ni 5 yaşı münasibətilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox