Azedu.az

Müəllimlərini öldürən yeniyetmələrə hökm oxunacaq

Xəbərlər

27 May 2026, 13:32
Müəllimlərini öldürən yeniyetmələrə hökm oxunacaq

Gürcüstanda iki yetkinlik yaşına çatmayan şəxs 27 yaşlı müəllim Qiqi Avalianinin ölümünə səbəb olan rezonanslı iş üzrə təqsirli bilinib.

AzEdu.az yerli KİV-ə istinadən xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi Demetre Çikovanini cinayətin hazırlanmasında, Anna Naskidşvili isə cinayət barədə məlumat verməməkdə təqsirli hesab edib.

Cəzaların müddəti 2 iyunda elan olunacaq. Qanuna əsasən, onların cəzası dörddə bir azaldılacaq.

Daha əvvəl üç yetkinlik yaşına çatmayan da bu iş üzrə təqsirli bilinmişdi. Hakim Romeo Tkeşelaşvilinin qərarı ilə Aleksandr Qabaşvili və Giorgi Rikaçe 14 il, Demetre Çikovani isə 9 il azadlıqdan məhrum edilmişdi.

Prezidentdən TƏCİLİ TAPŞIRIQ - Bu problem həll edilməlidir!
Son xəbərlərDaha çox