Azedu.az

Roma imperiyası dövrünə aid qızıl hasilatı mərkəzi tapılıb

Xəbərlər

27 May 2026, 09:15
Roma imperiyası dövrünə aid qızıl hasilatı mərkəzi tapılıb

İspaniyalı mütəxəssislər Şərqi Pireneydə Roma imperiyası dövrünə aid böyük bir qızıl hasilatı mərkəzinin mövcud olduğunu sübuta yetiriblər.

AzEdu.az xəbər verir ki, bu barədə "Arkeonews" nəşri məlumat yayıb.

Məlumata görə, tədqiqatçıların Xirona əyalətində tapdıqları hidravlik mədən işlərinin izləri təxminən 1 700 il əvvələ aiddir. Arxeoloqlar obyektin dəqiq yaşını müəyyənləşdirmək məqsədilə optik stimullaşdırılmış lüminessensiya tarixləndirməsi üsulundan (OSL) istifadə ediblər. Sözügedən analiz üsulu mineral dənəciklərinin torpaq qatı altında qalmazdan əvvəl sonuncu dəfə nə vaxt günəş işığına məruz qaldığını öyrənməyə imkan verir.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qızıl hasilatı Roma dövründə intensiv şəkildə həyata keçirilib və eramızın II əsrinin sonu - III əsrinin əvvəllərində dayandırılıb.

Alimlər müəyyən ediblər ki, qızıl tərkibli allüvial (çay) çöküntüləri yumaq üçün Roma mühəndisləri olduqca mürəkkəb su təchizatı sistemi tətbiq ediblər. Ərazidə ölçüsü 60 santimetrə çatan daş bloklardan tikilmiş bəndin qalıqları, həmçinin eni 4.5 metr, dərinliyi isə 1.5 metr olan su anbarı aşkarlanıb. Ekspertlərin hesablamalarına görə, mədən işləri zamanı təqribən 2 milyon kubmetr torpaq kütləsi daşınıb.

Tarixləndirmənin nəticələri hidrotexniki sistemin fəaliyyətinin dayandığı və su anbarında çöküntü süxurlarının toplanmağa başladığı vaxtı dəqiq göstərir. Bununla da tədqiqatçılar sözügedən bölgədə qədim Romanın dağ-mədən fəaliyyətinin yekunlaşdığı dövrü faktiki olaraq müəyyənləşdiriblər.

Prezidentdən TƏCİLİ TAPŞIRIQ - Bu problem həll edilməlidir!
Son xəbərlərDaha çox