Azedu.az

Emin Əmrullayev Qaxda vətəndaş qəbulu keçirib

AzEdu Təhsil Platforması

26 May 2026, 16:07
Emin Əmrullayev Qaxda vətəndaş qəbulu keçirib

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax şəhərində vətəndaş qəbulu keçirib.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Naziliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox