Məktəb avtobusu Buqqenhautda (Belçika) qapalı dəmiryolu keçidində qatarla toqquşub, nəticədə 4 nəfər, o cümlədən 2 uşaq ölüb.
AzEdu.az xəbər verir ki, bu barədə RTBF portalı məlumat yayıb.
Yol-nəqliyyat hadisəsinin başvermə şəraiti araşdırılır.
"Müşahidə kameraları göstərir ki, svetoforda qırmızı işıq yanırmış və şlaqbaum endirilmiş vəziyyətdə imiş. Qatarın maşinisti də təcili tormozlamadan istifadə edib, lakin toqquşmanın qarşısını almaq mümkün olmayıb", - "Infrabel" (dəmiryolu operatoru) şirkətindən bildirilib.