27 və 28 may tarixlərində Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Bayram münasibətilə bir sıra dövlət və özəl qurumlarda əməkdaşlara pul mükafatının verilməsi diqqət mərkəzindədir.
AzEdu.az da bu münasibətlə ali təhsil müəssisələrinə sorğu ünvanlanıb.
Sorğuda universitet rektorlarının Qurban bayramı münasibətilə əməkdaşlara nə qədər pul mükafatı ayırdığı araşdırılıb.
Sorğumuza cavab olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki, hər bir universitet əməkdaşına 200 AZN pul mükafatı verib.
Sumqayıt Dövlət Universitetindən (SDU) bildirlib ki, Professor Nurəli Yusifbəylinin əmri ilə hər bir universitet əməkdaşına 150 AZN verilib.
Bakı Dövlət Universitetindən (BDU) verilən məlumata görə əməkdaşlara 250 AZN verilib.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirlib ki, Qurban bayramı münasibəti ilə universitet əməkdaşlarına 150 AZN ödənilib.
Bakı Mühəndislik Universitetindən (BMU) verilən məlumata görə, bayram münasibəti ilə əməkdaşlara 200 AZN ödənilib.
Mingəçevir Dövlət Universitetindən (MDU) bildirlib ki, Qurban bayramı münasibəti ilə universitetin əməkdaşlarına 200 AZN verilib.
Lənkaran Dövlət Universitetindən (LDU) bildirlib ki, bütün əməkdaşlara 200 AZN pul mükafatı verilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, bayramlarla əlaqədar olaraq ADPU-da il ərzində dörd dəfə əməkdaşlara pul mükafatı verilir. Bunlara Beynəlxalq Müəllimlər Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı və Ramazan bayramı daxildir.
Qarabağ Universitetindən verilən məlumata görə, pul mükafatı veriləcək, lakin məbləğ açıqlanmayıb.
Bakı Slavyan Universitetindən (BSU) bildirlib ki, hər bir əməkdaşa bayram münasibəti ilə 50 AZN pul mükafatı verilib.