Azedu.az

Məktəb və bağçalarda suçiçəyi yayılır - VİDEO

Xəbərlər

26 May 2026, 11:35
Məktəb və bağçalarda suçiçəyi yayılır - VİDEO

Son dövrlərdə uşaqlar arasında suçiçəyi xəstəliyinin artması cəmiyyətdə, xüsusilə valideynlər və təhsil müəssisələri arasında ciddi narahatlıq yaradıb.

AzEdu.az İctimai Tv-yə istinadən xəbər verir ki, yoluxuculuq səviyyəsinin yüksək olması səbəbindən xəstəlik qısa zaman ərzində bağça və məktəb kollektivlərində sürətlə yayılır, bu isə həm uşaqların sağlamlığı, həm də tədris prosesinin gedişinə təsirsiz ötüşmür.

Bu vəziyyət valideynləri övladlarının sağlamlığı ilə bağlı daha diqqətli olmağa vadar edir, eyni zamanda təhsil müəssisələrində profilaktik tədbirlərin gücləndirilməsi zərurətini gündəmə gətirir.
Xəstəliyin ilkin əlamətlərinin vaxtında tanınmaması və ya uşaqların tam sağalmadan kollektivə qaytarılması yoluxma riskini daha da artırır. Nəticədə suçiçəyi təkcə fərdi sağlamlıq problemi deyil, kütləvi xarakter alan ictimai məsələ kimi qiymətləndirilir.
 



 

Prezidentdən TƏCİLİ TAPŞIRIQ - Bu problem həll edilməlidir!
Son xəbərlərDaha çox