Azedu.az

Alimlər Günəşdə qeyri-adi siqnal aşkarladı

Xəbərlər

24 May 2026, 10:45
Alimlər Günəşdə qeyri-adi siqnal aşkarladı

Alimlər Günəşdə indiyədək müşahidə olunan ən uzunmüddətli radio siqnallarından birini qeydə alıblar. 

AzEdu.az xarici KİV-a istinadən xəbər verir ki, yeni araşdırmaya əsasən, adətən bir neçə saat davam edən bu siqnal tam 19 gün ərzində aktiv qalıb.

Xarici media xəbər verir ki, müşahidələr beynəlxalq astronomlar qrupu tərəfindən aparılıb. Tədqiqat zamanı Günəş atmosferində baş verən güclü maqnit aktivliyi nəticəsində fasiləsiz radio dalğalarının yayıldığı müəyyən edilib.

Alimlərin sözlərinə görə, bu hadisə Günəşin davranışı ilə bağlı mövcud nəzəriyyələrə tam uyğun gəlmir. Çünki buna qədər qeydə alınan oxşar radio siqnalları qısa müddətli olub və bir neçə saat ərzində yoxa çıxıb.

Tədqiqatçılar hesab edir ki, rekord müddət davam edən siqnal Günəşdə baş verən mürəkkəb maqnit proseslərini daha dərindən anlamağa kömək edə bilər. Eyni zamanda bu cür aktivliklərin Yerə təsiri, xüsusilə peyk sistemləri və rabitə əlaqələri üçün mümkün riskləri də araşdırılır.

Araşdırmanın nəticələri elmi ictimaiyyətdə böyük maraq doğurub.

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox