Azedu.az

70 yaşında universiteti bitirdi: Diplomunu dekan oğlundan aldı

Xəbərlər

23 May 2026, 10:12
70 yaşında universiteti bitirdi: Diplomunu dekan oğlundan aldı

Türkiyədə 70 yaşlı Rahimə Uluşar illərdir arzuladığı universitet təhsilini başa vuraraq məzun olub.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, diplomunu universitetdə dekan vəzifəsində işləyən oğlunun əlindən alıb.

Rahimə Uluşar bildirib ki, universitet oxumaq arzusu illərdir ürəyində qalıb. O, orta məktəbi bitirdikdən təxminən 50 il sonra yenidən imtahan verərək ali məktəbə qəbul olunub.

“İki il ərzində bütün dərslərimdə iştirak etdim və uğurla məzun oldum. Mənim üçün ən böyük sevinc diplomumu oğlumun əlindən almaqdır”, – deyə o bildirib.

70 yaşlı məzun bununla kifayətlənmək istəmədiyini də vurğulayıb. Onun sözlərinə görə, gələcəkdə yenidən universitetə qəbul olunaraq psixologiya ixtisasında oxumaq istəyir.

 

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox