Azedu.az

Müəllimlərin yerdəyişməsi üzrə növbəti vakansiya seçiminə başlanılır

Xəbərlər

22 May 2026, 19:27
Müəllimlərin yerdəyişməsi üzrə növbəti vakansiya seçiminə başlanılır

23 may saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən xəbərə görə, müsabiqə üzrə vakansiya seçimi 26 may saat 11:00-dək davam edəcək.

“Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə olunur”, - məlumatda deyilir.

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox