Azedu.az

Emin Əmrullayev Belfast Kraliça Universitetində olub

AzEdu Təhsil Platforması

22 May 2026, 10:11
Emin Əmrullayev Belfast Kraliça Universitetində olub

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali İrlandiyanın Belfast Kraliça Universitetini (Queen's Belfast University) ziyarət edib.

AzEdu.az xəbər verir ki, səfər çərçivəsində universitet rəhbərliyi ilə geniştərkibli görüş keçirilib. Görüşdə ali təhsil sahəsində əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin inkişafı, elmi-tədqiqat və akademik mübadilə imkanları müzakirə olunub.

Nümayəndə heyəti həmçinin universitetin kampusu, tədris auditoriyaları və tədqiqat mərkəzləri ilə tanış olub. Universitetdə tətbiq olunan müasir təhsil yanaşmaları və innovativ infrastruktur barədə məlumat verilib.

Türkiyədə Trampdan şok qərar - İrana ağır zərbə endirin!
Son xəbərlərDaha çox