Azedu.az

Bu ölkədə qızların 9 yaşında evlənməsinə icazə verildi

AzEdu Təhsil Platforması

21 May 2026, 15:33
Bu ölkədə qızların 9 yaşında evlənməsinə icazə verildi

Taliban hərəkatı Əfqanıstanda qızlar üçün minimum nikah yaşını ləğv edib.

AzEdu.az xarici KİV-ə istinadla bildirir ki, əfqan hüquq müdafiəçisi Horiya Mosadik jurnalistlərə deyib: “Əgər qız uşağı doqquz və ya on yaşında cinsi yetkinliyə çatırsa, yeni qanuna əsasən o, nikaha daxil olmaq üçün qanuni yaşa çatmış hesab olunur”.

Taliblər hakimiyyətə gəlməzdən əvvəl Əfqanıstanda nikah üçün minimum yaş həddi 16 idi. Lakin hazırda bu məhdudiyyət aradan qaldırılıb.

Jurnalistlər həmçinin xatırladırlar ki, islam hüququnun ən böyük və ən qədim məktəblərindən birinə görə cinsi yetkinliyin minimum yaşı doqquz yaş hesab edilir. 

Türkiyədə Trampdan şok qərar - İrana ağır zərbə endirin!
Son xəbərlərDaha çox