Azedu.az

Keçmiş müəlliminə böyrəyini bağışladı

AzEdu Təhsil Platforması

20 May 2026, 12:18
Keçmiş müəlliminə böyrəyini bağışladı

ABŞ-də bir qadın, uşaqlıq illərində xoş münasibət qurmadığı keçmiş müəlliminin ağır böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndikdən sonra ona böyrəyini bağışlayıb.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, qadın illər əvvəl dərs aldığı müəllimi ilə yaxın münasibətə malik olmasa da, onun həyatını itirmək təhlükəsi ilə üz-üzə qaldığını eşidəndən sonra transplantasiya üçün könüllü olub.

Əməliyyatdan sonra qadın verdiyi qərarı belə izah edib: “Onu sevməsəm də, ölümə tərk edə bilməzdim”.

Hadisə sosial mediada böyük rezonans doğurub və insanlıq nümunəsi kimi geniş müzakirə olunub.

Ukrayna Rusiyaya qarşı görünməmiş əməliyyata başladı - ŞOK DETALLAR
Son xəbərlərDaha çox