Azedu.az

Magistratura imtahanı: “Məntiq sualları narazılıq yaratmadı”

Xəbərlər

20 May 2026, 12:02
Magistratura imtahanı: “Məntiq sualları narazılıq yaratmadı”

17 may imtahanının məntiq sualları əslində normal idi, ciddi problem yaradan suallar yox idi. Suallar proqram üzrə tərtib olunmuşdu və iştirakçılar məntiq bölməsi ilə bağlı ciddi çətinlik yaşamadılar.

Bu sözləri AzEdu.az-a açıqlamasında məntiq müəllimi Rəşafət Şərifov söyləyib.

O, qeyd edib ki, imtahan normal səviyyədə idi:

“Əslində, bu imtahanda əsas problem daha çox vaxt, imtahana çatmaq və təşkilati məsələlərlə bağlı idi. Məntiq sualları ilə bağlı ciddi narazılıqlar o qədər də müşahidə olunmadı. Sadəcə bəzi suallar vaxt baxımından bir qədər uzun idi, amma bu da ciddi problem yaradacaq səviyyədə deyildi.

Ümumilikdə tələbələrin şikayətləri daha çox imtahana gecikmə, islanma və s. məsələlərlə bağlı idi.

Bildiyiniz kimi, 14 iyunda təkrar imtahan keçiriləcək və abituriyentlər həmin imtahanda biliklərini daha rahat şəkildə yoxlaya biləcəklər. Düşünürük ki, həmin imtahanın çətinlik səviyyəsi də 17 may imtahanı ilə təxminən eyni olacaq. Ümumi olaraq qiymətləndirsək, normal səviyyədə bir imtahan idi".

Türkiyədə DƏHŞƏTLİ ZƏLZƏLƏ: Vətəndaşlar küçələrə axışdı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox