Azedu.az

Rəqəmsal məktəb layihəsi genişləndirilir

Xəbərlər

19 May 2026, 11:59
Rəqəmsal məktəb layihəsi genişləndirilir

Mayın 18-də elm və təhsil nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktoru Conatan Vudvord ilə görüşüb.

AzEdu.az xəbər verir ki, görüş zamanı Azərbaycanda rəqəmsal təhsil ekosisteminin gücləndirilməsi, ümumi və ali təhsil müəssisələrində “Microsoft” həllərinin tətbiqi, həmçinin “Rəqəmsal məktəb” təşəbbüsü çərçivəsində süni intellekt üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, cari ildə “Rəqəmsal məktəb” platformasında 40 min müəllim üçün “Microsoft Copilot” süni intellekt həlli istifadəyə verilib, eyni zamanda ümumi və ali təhsil müəssisələri üçün "Microsoft" məhsullarına çıxış imkanları genişləndirilib.

Görüş çərçivəsində süni intellektin təhsildə tətbiqi, müəllimlərin bu sahədə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də elm və tədqiqat istiqamətində bulud texnologiyalarının istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox