Azedu.az

Beş yaşlı uşaqların tapdığı daşlar qədim artefakt çıxdı

Xəbərlər

19 May 2026, 09:12
Beş yaşlı uşaqların tapdığı daşlar qədim artefakt çıxdı

Finlandiyanın şərqində beş yaşlı uşaqlar oynayarkən Daş dövrünə aid nadir artefaktlar aşkar ediblər.

AzEdu.az xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" dövlət yayımçısı məlumat yayıb.

Məlumata görə, uşaqlar dayazlaşmış göl sahilində iki qeyri-adi daş tapıblar. Onlardan birinin anası tapıntılara diqqət yetirərək daşları Kainuu regional muzeyinə təqdim edib.

Muzeyin arxeoloqu Youni Vaananen bildirib ki, bu cür qədim tapıntılar olduqca nadir hallarda aşkarlanır. Ehtimal olunur ki, tapılan əşyalardan biri itiləmə daşı, digəri isə dördbucaqlı daş baltanın tiyəsidir.

Hazırda artefaktlar müvəqqəti olaraq Kainuu muzeyində saxlanılır. Onların yay mövsümü ərzində şüşə vitrində nümayiş etdirilməsi planlaşdırılır. Sərgidən sonra isə tapıntılar Finlandiyanın Mədəni İrs Agentliyinə təhvil veriləcək.

Bildirilir ki, bu tarixi kəşfə səbəb olan əsas amil ölkə göllərində su səviyyəsinin bu yaz qeyri-adi dərəcədə aşağı düşməsidir. Nəticədə adətən su altında qalan sahələr üzə çıxıb və qədim süxur qatları görünməyə başlayıb.

Paşinyan Qarabağa görə müxalif ermənini TƏHQİR ETDİ: Dava düşdü
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox