Azedu.az

Milli və dini dəyərlərin qorunması müasir dövrdə vacibdir 

Xəbərlər

14 May 2026, 12:35
Milli və dini dəyərlərin qorunması müasir dövrdə vacibdir 
“Sürətlə dəyişən dünyada milli və dini dəyərlərimizin qorunması olduqca vacibdir”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə dəyərləri” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.

Deputat qeyd edib ki, universitet və komitə rəhbərliyinin bu mövzuya xüsusi diqqət ayırması təqdirəlayiqdir:

“Bu istiqamətdə işlər yaradıcı və innovativ yanaşmalarla həyata keçirilir. İnteraktiv və açıq dərslərin təşkili yeni yanaşmanın göstəricisidir. Mən bunu çox bəyəndim və fəaliyyətinizi müsbət qiymətləndirirəm.

Xüsusilə tələbələrin çıxışları məndə xoş təəssürat yaratdı. Bu universitetə ilk səfərimdir. Tələbələrin təqdimatları, araşdırma və natiqlik bacarıqları yüksək səviyyədədir. Hesab edirəm ki, biz bu universitetlə fəxr edə bilərik”.

Fariz İsmayılzadə vurğulayıb ki, universitetin yetişdirdiyi kadrlar dövlətin maarifçilik siyasətinə mühüm töhfə verir:

“Bu universitet və onun kadrları dövlətimizin həyata keçirdiyi maarifçilik siyasətinə böyük dəstəkdir. Tələbələri də təbrik edirəm. Çox uğurlu təqdimatlar etdiniz. Hamınıza gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Rusiyada namaz QADAĞASI - Bunu edən şəxslər ölkədən qovulur!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox