Azedu.az

İmtahandakı səhv suala görə kim məsuliyyət daşıyır?

Dövlət İmtahan Mərkəzi

14 May 2026, 12:18
İmtahandakı səhv suala görə kim məsuliyyət daşıyır?

Əgər imtahandan sonra hər hansı sualda səhv aşkarlanarsa, həmin tapşırığa görə bütün iştirakçılara bal verilir.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə APA-ya müsahibəsi zamanı söyləyib. 

"Belə hallar çox nadir baş verir və əsasən texniki səbəblərlə bağlı olur. Səhvə görə məsuliyyəti isə həmin sualı hazırlayan və ekspertizadan keçirən şəxslər daşıyır. Belə hallarda onlara qarşı inzibati tədbirlər görülə bilər. Bəzən xəbərdarlıq edilir, töhmət verilir, hətta elə hallar olub ki, əməkdaşlıq tam dayandırılıb. Çünki bu iş böyük məsuliyyət tələb edir".

Rusiyada namaz QADAĞASI - Bunu edən şəxslər ölkədən qovulur!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox