Azedu.az

Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq

Xəbərlər

13 May 2026, 15:08
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq

Bugün Qərbi Azərbaycan İcmasının binasında QAİ-nin Qadınlar Şurası tərəfindən hazırlanmış “ŞƏHƏRSALMA və MEMARLIQ İLİ” çərçivəsində “Qərbi Azərbaycanın tarixi abidələri: məktəblilərin gözü ilə” adlı layihə-müsabiqənin  təqdimat mərasimi keçirilib. 

AzEdu.az xəbər verir ki, layihənin rəhbəri QAİ-nin Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı layihə çərçivəsində həyata keçiriləcək müsabiqə haqda məlumat verilib. 

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu Sərəncəm Azərbaycanın bütün bölgələrində həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi və infrastruktur layihələri, eləcə də işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda  “Böyük Qayıdış” Proqramı çərçivəsində şəhərsalma və memarlıq irsinin qorunması, tarixi abidələrin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində yeni təşəbbüslərin aktuallığını daha da artırır. Bu baxımdan, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) tarixin müztəlif mərhələlərində azərbaycanlıların yaratmış olduğu zəngin tarixi-mədəni və memarlıq irsi nümunələrinin gənc nəsil tərəfindən öyrənilməsi, təbliği və ictimai yaddaşda yaşadılması xüsusi əhəmiyyət kəsb edir.

Belə ki, 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılış mərasimində möhtərəm Prezidentimiz cənab İlham Əliyev proqram xarakterli çıxışında Azərbaycanın tarixi torpaqları və əzəli yurd yerləri olan Qərbi Azərbaycan, eləcə də əsrlər boyu xalqımızın həmin ərazilərdə yaratdığı zəngin tarixi-mədəni irs haqqında gənc nəslin maarifləndirilməsinin xüsusi önəm daşıdığını vurğulamışdır. Dövlət başçısının həmin çıxışında səsləndirilən fikirlər bu gün Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətlərinin əsas ideoloji və mənəvi əsasını təşkil edir.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının başlıca məqsədi Qərbi azərbaycanlıların sülh yolu ilə, ləyaqətli şəkildə və beynəlxalq hüquq normaları çərçivəsində öz doğma yurdlarına qayıdış hüquqlarının təmin edilməsi və orada ki, tarixi və mədəni irsə sahib çıxmaqdır. Konsepsiya Azərbaycan xalqının əzəli torpaqlarında mövcud olmuş tarixi, mədəni və memarlıq irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması  kimi çox mühüm məsələləri özündə ehtiva edir.

Həm ölkə daxilində, həm də ölkə xaricinfə fəaliyyətinin əsas istiqaməti sosial, humanitar-mədəni layihələr  və beynəlxalq əlaqələr olan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası tərəfindən  bir sıra uğurlu layihələr həyata keçirilmişdir. Bu mənada növbəti “Qərbi Azərbaycanın tarixi abidələri: məktəblilərin gözü ilə” layihəsinin əsas məqsədi də 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasını nəzərə alaraq,  məktəblilərin və gənclərin, eləcə də ictimaiyyət arasında  Qərbi Azərbaycan və orada yerləşən tarixi abidələr haqqında biliklərin artırılmasına, tarixi-mədəni irsimizlə bağlı beynəlxalq ictimaiyyətdə rəyin formalaşdırılmasına və bu irsin gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.

Layihənin bölgələrdə keçiriləcək birinci mərhələsində QAİ-nın rayonlarda fəaliyyət göstərən nümayəndəlikləri də cəlb ediləcəkdir. 

Layihə-müsabiqə Azərbaycan Respublikasının 13 bölgəsi üzrə ümumtəhsil məktəblərinin istedadlı şagirdləri arasında keçirilməsi nəzərdə tutulmuşdur. Müsabiqə eyni zamanda iştirakçılar arasında Qərbi Azərbaycanda yerləşən tarixi irs barədə məlumatlılığın artırılmasına, tarixi yaddaşın möhkəmləndirilməsinə, eyni zamanda gələcəkdə həmin abidələrin bərpası və təbliği istiqamətində yaradıcı və analitik düşüncə bacarıqlarının formalaşdırılmasına mühüm töhfə verəcəkdir.

Layihə iki mərhələdən ibarət olacaqdır. Hər iki turun qiymətləndirilməsi müvafiq ixtisaslı tanınmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən aparılacaqdıar. Birinci turun nəticələri bölgələr üzrə qiymətləndirildikdən sonra seçilmiş uğurlu işlər ikinci tur – final mərhələsinə təqdim ediləcəkdir.Layihənin final mərhələsi 2026-cı ilin dekabrında nəzərdə tutulub. Bu mərhələdə geniş ictimaiyyətin iştirakı ilə qalib işlərin təqdimatı və mükafatlandırılması mərasimi keçiriləcəkdir.  Müsabiqənin gedişi və nəticələri barədə kütləvi informasiya vasitələrinə mütəmadi məlumat veriləcəkdir.”

Millət vəkili Məlahət İbrahimqızı bu önəmli layihə-müsabiqənin həyata keçirilməsində  əsas  dəstəkçi və tərəfdaş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin olduğunu qeyd edərək,  QAİ-sı adından Dövlət Agentliyinin rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkür edib. 

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox