Bu gün Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin doğum günüdür.
AzEdu.az xəbər verir ki, rektorun bu gün 48 yaşı tamam olur.
Anar Nağıyev Prezident İlham Əliyev sərəncamı ilə 2021-ci ilin iyunun 24-də BSU-ya rektor əvəzi, 2022-ci ilin fevralın 18-də isə rektor vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, BSU-ya rektor əvəzi təyin olunana qədər Təhsil İnstitutunun direktor müavini, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdir müavini vəzifələrində çalışıb.
Xatırladaq ki, A.Nağıyev 03.07.2013-ci ildən Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı vəzifəsini də icra edib. Anar Nağıyev ADU-da baş müəllim, dosent olaraq çalışıb.
Siyasi elmlər üzrə fəlsəfə doktorudur.
AzEdu.az Təhsil Portalının kollektivi adından hörmətli rektor Anar Nağıyevi təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq.