Azedu.az

İranda alim edam edildi

Xəbərlər

11 May 2026, 14:38
İranda alim edam edildi

İranda peyk texnologiyası sahəsində çalışan alim ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham edildiyi üçün asılıb.

AzEdu.az-ın rbc.ru-ya istinadən xəbərinə görə, bu barədə SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) mətbuat xidmətindən məlumat verilib.

Təqsirləndirilən şəxsin adı İrfan Şakurzadə olub və ittiham tərəfinin versiyasına görə, o, ABŞ və İsrail kəşfiyyat orqanları ilə əlaqə saxlayıb, məxfi statuslu məlumatları onlara ötürüb. İş materiallarına əsasən, İrfan Şakurzadə İranın peyk sahəsində çalışan elmi təşkilatlarından birində öz ixtisası ilə bağlı layihə üzərində işləyib.

"Əlaqənin ilkin mərhələlərində İrfan Şakurzadə "Mossad"la əməkdaşlıq formasını dolduraraq, bu kəşfiyyat xidməti ilə elektron poçt vasitəsilə məlumat mübadiləsi aparıb. İlkin məlumatlara görə, bura şəxsi və ailə məlumatları, iş yeri, informasiyaya giriş növü, yerinə yetirdiyi tapşırıqlar, xidməti vəzifələr və s. daxil olub", - deyə SEPAH bildirib.

Ermənistanı boşamaq istəmirik! - Rusiyadan şok açıqlama
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox