Azedu.az

11 dildə 8000 tibb termini - yeni çoxdilli sözlük təqdim olunur

Xəbərlər

8 May 2026, 16:42
11 dildə 8000 tibb termini - yeni çoxdilli sözlük təqdim olunur

12 may 2026-cı il, saat 15.00-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasında “Türk Dillerinin Tıp Termler Sözlügü” adlı çoxdilli kitabın təqdimatı keçiriləcəkdir. Kitab 2 çilitdən ibarətdir və 8000-ə yaxın tibb terminləri verilmişdir. Tibb terminləri 11 dildə, o cümlədən 9 türk dilində təqdim edilmişdir. Sözlər ilk sütunlarda ingilis və rus dillərində, sonrakı sütunlarda isə Azərbaycanca, Başkırtca, Kazaxca, Qarakalpakca, Kırğızca, Özbəkcə, Tatarca, Türkcə və Türkməncə qarşılıqlı şəkildə təqdim edilmişdir.

Kitab Türk Akademiyasınn təşkilatçılığı ilə nəşr edilmiş, Azərbaycan Terminologiya Komitəsinin dəstəyi və 31 müəllifin fəaliyyəti nəticəsində ərsəyə gəlmişdir.  Kitabın təməlində Azərbaycanlı müəlliflər (Nuru Bayramov, Əhliman Əmiraslanov və Çingiz Rəhimov) tərəfindən hazırlanan ingilis, rus və Azərbaycanca tibb terminlərir təşkil etmişdir. Bundan sonra hər ölkədən 2-3 müəllif bu terminləri öz dillərinə tərcümə etmişlər. Kitab üzərində işlərə 3 il əvvəl başlanılmışdır.

Kitabın nəşrini tarixi hadisə kimi qiymətləndirmək olar və onun böyük elmi-praktiki əhəmiyyəti  vardır. İlk növbədə ayrı-ayrı türk dillərində yazılan məlumatları anlamağa imkan verəcək. İkinci növbədə müasir süni intellekt proqramları ilə bir dildə yazılan mətnləri başqa bir türk dilinə  elmi cəhətdən düzgün tərcüməsi üçün şərait yaranmışdır. Digər bir tərəfdən gələcəkdə türk dillərində ortaq və sinonim terminlərin ortaya çıxarılması üçün qapı açılmışdır.

Qeyd edək ki, türk dillərində  tibb  sözlüyün yaradılması təşəbbüsünə hələ 30 il əvvəl başlanılmisdir. 1997-ci ildə  “Türkdilli xalqların qastroenteroloji terminlər lüğəti” adlı kitab nəşr edilmiş, 600-ə yaxın tibbi terminlərin  latınca, ingiliscə, rusca, azərbaycanca, türkcə, kazaxca və özbəkcə varinatları yer almışdır. Daha sonra “Kardiovaskulyar sözlük” (2000) və 1500-əyaxın “Çoxdilli anatomiya terminləri lüğəti” (2008) hazırlanmıdır.  Bu üç kitabda türk dilləri üçün hələ 1996-cı ildə müəlliflərin özləri tərəfindən hazırlanmış ortaq əlifba istifadə edilmişdir.

Hazırkı lüğət isə 8000-ı yaxın çox istifadə edilən tibb terminlərini əhatə edir və 9 türk dilində verimiş, Azərbaycancada, Türkcə, Qarakalpakca, Özbəkcə və Türkməncədə latın əsaslı öz əlifbaları ilə, Başkırtca, Kazaxca, Kırğızca və Tatarcada isə kiril əsaslı əlifba istifadə edilmişdir.

Kitaba ilk baxışda aydın görünür ki, türk dillərində əksər terminlər biri-birinə yaxındır, kökləri eynidir və əsasən deyim fərqləri var. Hesab edirik ki, bu terminlərin ortaq əlifba ilə yazılması anlaşılmasnı daha da asanlaşdırıcaqdır.

Kitabı aşağıdakı link və QR-kod ilə görmək olar.

//turkicacademy.org/izdaniya/kniga/turk-dillerinin-tip-terimleri-sozlugu-dictionary-medical-terms-turkic-languages

//turkicacademy.org/izdaniya/kniga/turk-dillerinin-tip-terimleri-sozlugu-dictionary-medical-terms-turkic-languages-2siltvol

Kitabın müəllifləri

Shahin Mustafayev

Ainur Mayemerova

Nuru Bayramov 

Ahliman Amiraslanov 

Chingiz Rahimov

Zinnur Sirazitdinov

Shamsheddin Abdınazımov

Ogulbay Gaylıeva

Khojaahmed Tolıbayev 

Zhaugashty Akhmetov 

Bauyrzhan Shakenov 

Lunara Iskakova 

Maral Yergazına 

Aiman Iskındırova 

Dias Zhunistayev 

Aizhan Aldangorova 

Osmanali Masalıev 

Fiarida Tagirova 

Abdugafur Gadaev

Yusuf Bayraktar

Nesrin Bayraktar 

Arda Bayraktar 

Sherzod Zakırkhodjaev 

Khilola Mirakhmedova

Ulugbek Abdullaev

Sayali Sadıgova

Nizami Jafarov

Sherubay Kurmanbaiuly

Syrtbai Musayev

Osman Mert

Abduvakob Madvaliyev

Azərbaycan Rusiyaya sərt etiraz - İzahat verin! - Xəbəriniz Var?
Son xəbərlərDaha çox