Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey 2025–2026-cı tədris ilində Respublika fənn olimpiadalarında qazandığı medalların sayına görə ölkə üzrə üçüncü olub.
AzEdu.az xəbər verir ki, bu il RF0-da lisey şagirdləri ümumilikdə 30 medal qazanıblar. Medallardan 5-i qızıl, 10-u gümüş, 15-i isə bürünc olub. Fənlər üzrə riyaziyyatdan 8, biologiyadan 6, kimyadan 6, informatikadan 5, fizikadan isə 5 medal əldə edilib.
Lisey şagirdləri buraxılış imtahanlarında da yüksək nəticə göstəriblər. Belə ki, 11-ci sinif şagirdi Duyğu Zeynallı 298.3 bal toplayaraq region birincisi olub. İmtahan verən 11-ci siniflərin ümumi orta balı isə 265 bal təşkil edib.
Beynəlxalq olimpiadalarda da uğur qazanan lisey şagirdləri bu il Rusiyada keçirilən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında 1 bürünc medal əldə ediblər.
Bundan başqa, bu ilin iyul ayında Özbəkistanda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında Azərbaycanı təmsil edəcək 4 nəfərlik milli komandanın 2 üzvü Gəncə FRİTL şagirdi olacaq.