Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib.
AzEdu.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.
Qəzənfər Bayramov 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndində anadan olub. 1974-1980-ci illərdə Sədərək kənd orta məktəbində, 1985-1989-cu illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə 1972-ci ildən BDU-da başlayıb. 1982-1990-cı illərdə BDU-da kiçik elmi işçi, 1990-1999-cu illərdə böyük elmi işçi vəzifələrində işləyib. 1999-2019-cu illərdə BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Bioloji sistemlər fizikasi şöbəsində aparıcı elmi işçi olub.
1990-cı ildə kimya elmləri namizədi elmi dərəcəsi, 2009-cu ildə dosent elmi adı alıb. 2019-cu ildən Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçisi kimi çalışıb. Qəzənfər Bayramov həm də 2018-cı ildən indiyədək BDU-nun Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının dosenti idi.
Allah rəhmət eləsin.