Azedu.az

İqlim dəyişikliyi minlərlə bitki növünü məhv edə bilər

Xəbərlər

8 May 2026, 09:25
İqlim dəyişikliyi minlərlə bitki növünü məhv edə bilər

ABŞ və İngiltərədə aparılan yeni araşdırmalar göstərib ki, iqlim dəyişikliyi səbəbindən 2100-cü ilə qədər on minlərlə bitki növü yox olmaq təhlükəsi ilə üzləşə bilər.

AzEdu.az xarici mediaya xəbər verir ki, alimlər bu dəfə iqlim dəyişikliyinin heyvanlardan daha çox bitkilərə təsirini araşdırıblar.

ABŞ-də həyata keçirilən tədqiqatda kompüter modelləri vasitəsilə dünyadakı bitki növlərinin 18 faizinin gələcəkdə qarşılaşa biləcəyi risklər təhlil edilib.

Araşdırmanın nəticələrinə görə, temperaturun artması, yağış və qar yağıntılarındakı dəyişikliklər səbəbindən bitki növlərinin 7–16 faizi yaşayış mühitinin ən azı 90 faizini itirə bilər. Xüsusilə Aralıq dənizi bölgəsi və Avstraliyada vəziyyətin daha kritik olduğu bildirilib.

İngiltərədə aparılan başqa bir araşdırmada isə 335 mindən çox çiçək açan bitki növü araşdırılıb. Nəticələrə əsasən, təxminən 10 min çiçəkli bitki növü yox olmaq riski ilə qarşı-qarşıyadır.

ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır
Son xəbərlərDaha çox