Azedu.az

Nigeriyada epidemiya: Onlarla uşaq öldü

Xəbərlər

7 May 2026, 18:56
Nigeriyada epidemiya: Onlarla uşaq öldü

Nigeriyanın şimalındakı Sokoto əyalətində meningit epidemiyası səbəbindən 33 uşaq ölüb.

AzEdu.az  "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Sokoto əyalətinin səhiyyə komissarı Faruk Abubakar jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, təxminən bir ay əvvəl ortaya çıxan meningit əyalətin 8 bölgəsinə yayılıb.

Faruk Abubakar bildirib ki, bu bölgələrdə 256 şübhəli meningit halı aşkarlanıb və epidemiya zamanı 33 uşaq ölüb.

O qeyd edib ki, epidemiyadan ən çox 1 yaşdan 15 yaşa qədər uşaqlar təsirlənib. Həmçinin əlavə edib ki, həddindən artıq izdiham və mövsümi quru küləklər yoluxma riskini əhəmiyyətli dərəcədə artırır və bu da şimal əyalətlərində ciddi ictimai səhiyyə problemlərinə yol açır.

Abubakar hökumətin epidemiyaya təcili müdaxilə edilməsi ilə bağlı səyləri sürətləndirdiyini deyib.

Qeyd edək ki, daha əvvəl Nigeriya hökuməti 2030-cu ilə qədər meningiti məğlub etmək üçün yeni tədbirlər elan etmişdi.

Hava yolu ilə yoluxan bilən meningit beyindən başlayaraq bütün bədəni təsiri altına ala bilir.

TƏCİLİ! Ölkədə genişmiqyaslı əməliyyat keçirildi: Saxlananlar var
Son xəbərlərDaha çox