Azedu.az

Özünü şagird kimi təqdim edən 28 yaşlı qadın saxlanılıb

Xəbərlər

7 May 2026, 15:52
Özünü şagird kimi təqdim edən 28 yaşlı qadın saxlanılıb

ABŞ-nin Nyu-York şəhərində 28 yaşlı qadının özünü lisey şagirdi kimi təqdim edərək məktəbə qeydiyyatdan keçməsi ilə bağlı maraqlı hadisə baş verib.

AzEdu.az xarici mediaya xəbər verir ki, Kacy Claassen adlı qadın 16 yaşında olduğunu bildirərək saxta ad ilə liseylərdən birinə qəbul olunub.

Hadisə məktəb rəhbərliyinin qadının sosial media hesabını aşkar etməsindən sonra üzə çıxıb. Araşdırma zamanı onun əsl adının və yaşının fərqli olduğu müəyyən edilib.

Məktəb direktoru məsələ ilə bağlı Claassen-lə danışsa da, o, əvvəlcə 16 yaşında olduğunu iddia etməyə davam edib. Lakin sosial media hesabından götürülmüş görüntülər təqdim edildikdən sonra həqiqəti etiraf edib.

Polis tərəfindən saxlanılan qadına qarşı “özünü başqası kimi təqdim etmə” və “qanunsuz daxilolma” maddələri üzrə ittiham irəli sürülüb.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox