Azedu.az

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçirilib

Dövlət İmtahan Mərkəzi

7 May 2026, 15:24
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçirilib

2026-cı il mayın 7-də Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə Kollegiyaya  üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.

AzEdu.az xəbər verir ki, namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 525 namizəd iştirak edib. 315 nəfər tələb olunan şərtləri ödəyərək növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 8, 12 və 13 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 50) fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün də test imtаhаnı keçirəcək. İmtahan saat 16:00-da başlanacaq və 3 saat davam edəcək.

Xəzərdə dəhşətli silahlar işə düşdü - Rusiyaya ağır zərbələr
Son xəbərlərDaha çox