Azedu.az

Taksi imtahanında maraqlı statistika - 145 qadın uğur qazanıb

Dövlət İmtahan Mərkəzi

7 May 2026, 14:42
Taksi imtahanında maraqlı statistika - 145 qadın uğur qazanıb

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün mütəmadi olaraq imtahanlar təşkil edir.

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün keçirilən imtahanlar cəmiyyətin müxtəlif təbəqələrinin diqqət mərkəzindədir. Xüsusilə bu sahədə qadınların iştirakı və uğur göstəriciləri maraq doğuran məqamlardan biridir. 

Maraqlıdır, ümumilikdə bu günə qədər keçirilmiş imtahanlarda iştirak etmiş qadınların sayı neçə nəfərdir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, bu günə qədər taksi sürücüləri üzrə keçirilən imtahanda 35 557 namizəd uğur qazanıb:

"Həmin namizədlərdən 145 nəfəri qadın (0.41%), 35 412 nəfəri isə kişi (99.59%) olub".

Koronavirusdan sonra YENİ BƏLA: Nazirliklər hərəkətə keçdi
Son xəbərlərDaha çox